Bir gündə 4 avtomobil yanıb

Fövqəladə Halar Nazirliyindən verilən məlumata görə, respublikanın bir sıra şəhər və rayonlarında minik avtomobillərində yanğın qeydə alınıb. Belə ki,  Oğuz şəhərində "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Kürdəmir rayonu, Aran qəsəbəsində vətəndaşa məxsus "Мoskvic" markalı avtomobilin yanar hissələri yanıb. Eyni zamanda, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin müharrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Masallı şəhərində isə vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun salonu yanmışdır. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31