Bakıda kişi arvadını və gəlinini öldürüb
Hadisə ailə münaqişə zəminində baş verib
27 İyun 2013 13:15 KriminalBakıda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib. Hadisə paytaxtın Suraxanı rayonu Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Valeh Vaqif oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülnarə Mürsəl qızı Bayramovanı və gəlini, 1989-cu il təvəllüdlü Sahilə Akif qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən V. Bayramov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31