AZTV-nin əməkdaşı avtoqəzada öldü
25 İyun 2013 18:42 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Nazirlikdən "OLAYLAR"a verilən məlumata görə, nəticədə, minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Etibar Kamil oğlu İsgəndərov xəsarət alaraq hadisə yerində ölmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Vəfat etmiş E.İsgəndərov AZTV-nin əməkdaşı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31