Dənizdə batmış şəxsin cəsədi tapıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhər, Sabunçu rayonu ərazisində bir nəfər dənizdə batıb. Nazirlikdən "OLAYLAR"a verilən məlumata əsasən dənizin nəzarət olunmayan hissəsində çimərkən batmış 1996-cı il təvəllüdlü Fəqan Tehran oğlu Şirinovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31