Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili qəza törədib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, avtomobil reklam lövhəsinə çırpılıb və yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31