Sürücünün pencəyindən narkotik vasitə aşkar edildi

Biləsuvar Gömrük  İdarəsinin  "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən İran vətəndaşı Farzin Kioumars Eslam oğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı avtobusun sürücü oturacağının yanında asılmış, Farzin Kioumars Eslam oğluna məxsus pencəkdən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd şüşə flakonda 54,5 ml həcmində metadon məhlulu aşkar edilib. Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 54,5 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,054 qram təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31