Bakıda “göydələn” yandı

İki nəfər yanğından xilas edildi, bina sakinləri evakuasiya olundu

Bakıda daha bir hündürmərtəbəli binada yanğın baş verib. Bu barədə "Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın  Nərimanov rayonunda baş verib. Çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan üçotaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 120 kv.m sahədə və iki qonşu mənzilin qapıları hər biri 2 kv.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər, o cümlədən 1 nəfər azyaşlı uşaq xilas olunub, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 12:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31