Bakıda dənizdən17 yaşlı məzunun meyidi tapıldı

Bakıda 17 yaşlı oğlanın  dənizdən meyidi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Dənizin nəzarət olunmayan hissəsində çimərkən batan, 1996-cı il təvəllüdlü Fəqan Tehran oğlu Şirinovun cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
"OLAYLAR"ın məlumatına görə, Fəqan Şirinov bu il orta məktəbi bitiribmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31