Şirvan şəhərində gənc qadın injtihara cəhd edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 23-də Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində baş verib. Şəhər sakini Vüsalə Quluyeva intihar məqsədi ilə özünü Kür çayına atıb. V.Quluyeva FHN-nin əməkdaşları tərəfindən xilas edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31