Azərbaycanda “Qazel”in yük yerində gedən sərnişin öldü

Azərbaycanda avtomobilin yük yerində oturan sərnişin ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 24-də Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisində baş verib. Kənd sakini Fəqan Eyvazovun idarə etdiyi "QAZel" markalı avtomaşında olan sərnişini, həmyerlisi Elmar Əliyev yük yerindən yıxılıb və ölüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31