Bakıda iki qız itkin düşüb
24 İyun 2013 14:14 KriminalBakıda yeniyetmə qız itkin düşüb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 7-ci qəsəbə küçəsi, ev 8A-da yaşayan 1998-ci il təvəllüdlü Abdullayeva Aytən Qasım qızı iyunun 15-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Oxşar hadisə paytaxtın Yasamal rayonunda da baş verib. 2-ci Alatava sakini, 1987-ci il təvəllüdlü Kazımlı Dilarə Vidadi qızı iyunun 20-də evdən çıxıb və geri qayıtmayıb. Hər iki şəxsin xarakterik əlamətləri polis tərəfindən qeyd edilib. Onların tapılması istiqamətində iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31