Tovuzda dəhşətli qəza: 6 nəfər yanaraq öldü

Xəbər verildiyi kimi Tovuz rayonu ərazisində 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Qovlar kəndi ərazisində baş vermiş qəza nəticəsində VAZ 2106 markalı avtomobil, "Ford" markalı yük avtomobili "Hyundai" markalı minik avtomobili ilə toqquşaraq yanıb. ANS PRESS eksklüziv olaraq hadisə yerindən videonu təqdim edir.

*** 23.19

Azərbaycanda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Qovlar kəndi ərazisində qeydə alınıb.

"47 BA 087" dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobil, "90 BV 153" dövlət qeydiyyat nişanlı "Ford" markalı yük avtomobili, "Hyundai" markalı minik avtomobili ilə toqquşaraq yanıb.

Qəza nəticəsində "VAZ 2106" avtomobilində olan 1991-ci il təvəllüdlü Tovuz rayon sakini Elmar Fazil oğlu Məmmədov və dayısı oğlu 1985-ci il təvəllüdlü Abbasov Turab Namiq oğlu, şəxsiyyəti məlum olmayan daha bir nəfər və Hyundai avtomobilində 2 nəfər, Ford markalı yük avtomobilində şəxsiyyəti hələlik müəyyən olmayan azyaşlı uşaq vəfat edib.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı "Hyundai" və "Ford" markalı avtomobillər yandığından, ölən 4 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Hər üç avtomobil yandığı üçün ölən şəxslərin bəzilərinin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31