Ağstafa Maşınqayırma Zavodu yandı
22 İyun 2012 13:54 KriminalAğstafa rayonunda zavod ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayondakı maşınqayırma zavodunun ərazisində baş verib. Ümumi sahəsi 600 kvadratmetr olan sexdə yanğın başlayıb. Nəticədə sexin içərisinə yığılmış köhnə süngərlər və plastik materiallar 150 kvadratmetr sahədə yanıb. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31