Naxçıvan sakini Bakıda xüsusi amansızlıqla öldürüldü
21 İyun 2013 14:50 KriminalBakıda Naxçıvan sakini xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 20-də Nərimanov rayonu Daş Karxanası küçəsində baş verib. Ordubad rayon sakini Rasim Nağıyevin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb. Nərimanov RPİ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31