Sükan arxasında "lomka"ya düşdü

İnternetdə yayılan süjet geniş müzakirəyə səbəb olub

Rusiya telekanallarının birinin efirində gedən süjet internetdə yayıldıqdan sonra geniş müzakirəyə səbəb olub. Həmin videoda narkotik maddəsinin təsiri altında olan gənc oğlanın hərəkətləri əks olunub. Qəribə hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edən sürücünü Təcili Yardım avtomobili ilə xəstəxanaya aparıblar. Süjet müəllifi qeyd edib ki, xoşbəxtlikdən sürücü "lomka" başlayan kimi maşını saxlayıb. Əks halda onun törədəcək hadisənin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətin olacaqdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31