Bıçağın üzərinə yıxılıb xəsarət aldı
20 İyun 2013 17:06 KriminalXaçmaz rayon Hacıəlibəy kənd sakini 19 yaşlı Alxasova Məlahət Malik qızı bıçaq xəsarəti ilə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Rtv.az-ın məlumatına görə, 16:15 radələrində xəstəxanaya gətirilən gənc qız qarın nahiyəsindən bıçaq yarası alıb. Məlahət Alxasova hazırda tibb müəssisəsinin cərrahiyə şöbəsində müalicə alır.Zərərçəkənin özünün verdiyi məlumata görə, xəsarəti ev şəraitində ehtiyatsızlıqdan bıçağın üzərinə yıxılaraq alıb.Fakt hüquq mühafizə orqanları tərəfindən araşdırılır. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31