Sumqayıtda qətl, yeznə qayınatasını döyüb öldürdü
20 İyun 2013 17:01 KriminalSumqayıtda qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 19-da Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki 5 saylı yataqxananın həyətində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Əhmədov münaqişə zəminində orada yaşayan keçmiş arvadı Təranəni və onun atası Təyyar Hüseynovu döyüb hadisə yerindən qaçıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Hüseynov orada ölüb. Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31