Suriya vətəndaşı Azərbaycanda müəmmalı şəkildə dünyasını dəyişib
23 Aprel 2012 18:18 KriminalSuriya vətəndaşı Azərbaycanda müəmmalı şəkildə dünyasını dəyişib.Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Klinik Tibbi Mərkəzdə qeydə alınıb. Müayinə üçün xəstəxanaya gələn, Suriya vətəndaşı, 55 yaşlı Hüseyn Əli Əhməd qəfildən dünyasını dəyişib. Onun ölümünün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin olunub. Mərhumun meyiti müayinə edildikdən sonra Suriyanın ölkəmizdəki səfirliyinə təhvil veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31