Bakıda silahlı şəxslər poçt şöbəsinə basqın edib

Basqın 10 saylı poçt şöbəsinə olunub

Bakı şəhərinin Nəsimi rayonu ərazisində poçt şöbəsinə silahlı basqın edilib. Hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, "Azərpoçt" MMC-nin 1 saylı filialının Dilarə Əliyeva küçəsində yerləşən 10 saylı poçt şöbəsinə 2 nəfər naməlum şəxs silahlı basqın edib.Sifət nahiyələrini tibb ağızlığı ilə tutmuş həmin şəxslər qəfil poçt şöbəsinə daxil olublar və silahı orada işləyən 2 qadının üstünə tutublar. Həmin şəxslər poçt işçilərindən pul tələb ediblər. Qadınlar qorxudan qışqırmağa başlayıblar. Bunu görən silahlı basqınçılar başqa şəxslərin gəldiyini görərək qaçmağa məcbur olublar.Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə iş başlanılıb.Hazırda silahlı basqınçıların yaxalanaraq istintaqa verilməsi istiqamətində iş aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31