Bakıda İran vətəndaşının evindən külli miqdarda pul və qızıl apardılar
20 İyun 2013 13:28 Kriminalİyunun 20-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində xarici ölkə vətəndaşının evindən külli miqdarda qızıl və pul oğurlanıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Cavəri Qolamirzə Sadiq oğlunun Cəfər Xəndan küçəsi ev 42A ünvanındakı mənzilindən naməlum şəxs və ya şəxslər 21 200 ABŞ dollarI, 22 000 manat, 15 min manatlıq qızıl aparıb. İlkin məlumata görə, oğrular evə binanın eyvanından soxulublar.Hazırda faktla əlaqədar zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31