Ordumuzda daha bir itki
Azərbaycan Ordusunun əsgəri elektrik cərəyanı vurması nəticəsində ölüb
20 İyun 2013 11:46 KriminalAzərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən "N " saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Səmədov Araz Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin ölüm faktını təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.Qeyd edək ki, A. Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31