Qatil 8 il cəza aldı
21 İyun 2012 18:57 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Şirvan şəhər sakini Əlizadə Qafarlının cinayət işi üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əlizadə Qafarlı 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2011-ci il avqustun 28-də Şirvan şəhərinin leytenant İbrahimov küçəsində 21 saylı orta məktəbin qarşısında şəhər sakini, 18 yaşlı Əlizadə Qafarlı Hacıqabul rayon sakini, 19 yaşlı Fərid Qulizadəyə çoxsaylı bıçaq zərbələri vurub. Yaralıya vaxtında tibbi yardım gösdtərildiyindən onun həyatını xilas etmək mümkün olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31