Dələduz ər həbs edildi, arvadı isə cərimə

Masallı rayon Məhkəməsində dələduzluqda ittiham olunan Söhbət Ağayev və onun həyat yoldaşı Minayə Ağayevanın cinayət işi üzrə məhkəmə başa çatıb.  "OLAYLAR"ın məlumatına görə, hakim Vidadi Nəsirovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Söhbət Ağayev 4 il 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Minayə Ağayeva isə 4 min manat cərimə edilib
Təqsirləndirilən şəxslər uzun müddət Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
Hər iki şəxs ötən ilin iyunun 25-də Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində tutulublar. Müəyyən edilib ki, ər-arvad Masallı rayonunda bir qrup vətəndaşı aladaraq, onların küllü miqdarda pullarını mənimsəyiblər. Daha sonra hər iki şəxs Bakı şəhəri, Nardaran qəsəbəsində gizləniblər. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətlərindən sonra ər-arvad tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31