Qaz idarəsindən oğurluq edən şəxsə hökm oxundu
21 İyun 2012 18:55 KriminalSaatlı rayon Məhkəməsində rayonun qaz istismar sahəsindən və rayonda digər oğurluq cinayəti törətməkdə təqsirli bilinən rayon sakini Əlizadə Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Şahin Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əlizadə Qasımov 5 il müddətinə azadlıqdan məhrum edilib. Ittihama görə, Əlizadə Qasımov ötən ilin iyul ayında Saatlı rayon Qaz İstismar Sahəsinin həyətindən 60 metr uzunluğunda elektrik kabeli oğurlayıb. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində cari ilin iyun-avqust ayları ərzində rayon ərazisindəki artezian quyusundan 1 ədəd maqnit qoruyucusu və 1 ədəd qapayıcı, Məmmədağa Əliyevin həyətindən 1 ədəd elektrik qapayıcısı, Eldar Əmişova və Gülbəs Yusubova məxsus məişət əşyaları, habelə Laçın Nərimanova, Samir Məmmədova, Vasif Əzimova və Çingiz Fətullayevə məxsus həyətlərdən də oğurluq etməsi müəyyən edilib. Əlizadə Qasımov əvvəllərdə oğurluq ittihamı ilə mühakimə olunub və məhkum edilib.