İsmayıllıda “Nissan” aşdı, bir nəfər öldü, 3 nəfər yaralandı

İsmayıllıda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 18-də saat 03.00 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində baş verib. Bakı şəhər sakini Sənan Səmədov idarə etdiyi "Nissan X-Trail" markalı avtomaşını aşırıb. Nəticədə S.Səmədovun sərnişini, İsmayıllı rayon sakini Məzahir Məlikov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri, rayon sakinləri Pərvanə Məlikovaya, Sevinc Mehdiyevaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
BDYPİ tərəfindən araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31