Abşeronda körpə uşaq qaynar suda yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 18-də Abşeron rayonunun Nübar qəsəbəsində baş verib. Qəsəbə sakini, azyaşlı Lamiyə Nağıyevanın üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31