Bakıda ərini bıçaqlayıb qaçan qadın yaxalandı
19 İyun 2013 15:46 KriminalBakıda arvad ərini bıçaqlayıb qaçıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadəın yaydığı məlumata görə, hadisə iyunun 18-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindəki evlərdən birində baş verib. Orada yaşayan Xədicə Hüseynova məişət münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Aydın Alışova bıçaqla xəsarət yetirib. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Hüseynova tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31