Mütəşəkkil narkodəstənin şikayəti rədd edildi

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Çingizxan Qarayev, Nizami Həsənov və Qaçay Səfiyevin apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb. OLAYLAR"ın məlumatına görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qaçay Səfiyev 12 il, Çingizxan Qarayev və  Nizami Həsənov 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. Onlardan külli miqdarda - 570 qramdan artıq heroin aşkarlanaraq götürülüb.  Məlum olub ki, adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31