Sumqayıtda zavodda bədbəxt hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 17-də Sumqayıt şəhərindəki Etilen-Politilen Zavodunda baş verib. Orada işləyən Elman Abbasov hündürlükdən yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31