Milli Məclisin deputatı qəzaya uğradı
Qaydanı pozan avtomobil Rüstəm Xəlilovun olduğu maşına çırpılıb
19 İyun 2013 10:11 KriminalMilli Məclisin deputatı Rüstəm Xəlilovun avtomobili qəzaya uğrayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə "Hyatt Regensy" hotelinin yaxınlığında baş verib.Hadisə şahidləri bildiriblər ki, deputatın olduğu gümüşü rəngli "Mercedes" markalı avtomobili sürücü idarə edirmiş. Üzbəüz gələn maşın qarşı hərəkət zolağına çıxıb və millət vəkilinin avtomobilinə çırpılıb.Hadisə şahidləri qəza nəticəsində xəsarət alanın olmadığı bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31