Bakı-Qazax magistralında dəhşətli yanğın

Yanğın magistralın Hacıqabul hissəsində başlayıb

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində yanğın başlayıb.APA-nın yerli bürosunun verdiyi məlumata görə, magistralın hər iki tərəfində quru otlaq sahələrində başlayan yanğın ətrafda salınan yaşıllıq zonasına keçib. Hektarlarla ərazi yanıb.

Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Yolun sol tərəfində yanğın söndürülüb. Sağ istiqamətdə yanğın hələ də davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31