DİN-in əməkdaşı özünü öldürdü

Asif Qasımov özünü hamamda asıb

İyunun 17-də Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib. AzNews.az-a daxil olan məlumata görə, intihar edən şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı Asif Qasımovdur. Rayon polis idarəsinin 4-cü bölməsindən intihar hadisəsinin baş verdiyi təsdiqlənsə də, təfərrüatlar barədə hələlik məlumat verilməyib.

Binəqədi rayon prokurorluğundan bildirilib ki, A.Qasımov özünü evin hamamından asaraq intihar edib. Mərhumun intihar etməsinin səbəbləri isə hələlik məlum deyil. Hazırda hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

A.Qasımov DİN-nin Təchizat İdarəsinin anbarlarının birinin müdiri olub. Ancaq DİN-in mətbuat xidmətindən bu barədə onlarda heç bir məlumatın olmadığı vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31