Xilasedicilər dərəyə düşmüş avtomobildən ölən və yaralananları çıxardılar
18 İyun 2013 12:45 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonu, Topçu kəndində vətəndaşa məxsus "NİSSAN X TRAİL" markalı minik avtomobili dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin, 1951-ci il təvəllüdlü Məlikov Məzahir Almaz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, avtomobilin sahibi və avtomobildəki sərnişinlər müxtəlif bədən xəsarətləri alıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, ölən və yaralananlar yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31