Lənkəran sakinləri təşvişdə

Bu səhər Lənkəranda 3,5 bal gücündə zəlzələ olub

Bu gün səhər saat 04:34 radələrində Lənkəranda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ Lənkərandan 24 km qərbdə 3,5 bal gücündə qeydə alınıb. Yeraltı təkan yaşayış məntəqələrində hiss olunub.Yeraltı təkan nəticəsində dağıntı olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31