Şok - Elman Türkoğlunun oğlu intihar etdi
Məhəmmədəmin Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub
18 İyun 2013 10:37 KriminalBu gecə saat 03:00 radələrində bayraqdar Elman Türkoğlunun oğlu Məhəmmədəmin Həsənli intihar edib. Bu barədə məlumatı KXCP sədrinin müavini Xəzər Teyyublu verib. Hadisə yerində olan X.Teyyublunun sözlərinə görə, M.Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub. Hələlik intiharın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.M..Həsənli 1996-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.Qeyd edək ki, Elman Türkoğlunun digər oğlu Elçibəy Həsənli hazırda hərbi xidmətdədir.Baş vermiş faciə ilə bağlı bayraqdar Elman Türkoğluya dərin hüznlə baş sağlığı verir, ona Allahdan səbr diləyirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31