Goranboyda 3 yaşlı uşaq su arxında boğuldu

Goranboyda 3 yaşlı uşaq faciəli halda ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə iyunun 19-da baş verib. Goranboy rayonunun Şadlı kəndində, 3 yaşlı Sübhan Musayev su arxına yıxılıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.Uşaq kanalda boğulub ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31