Bakıda məhşur şirkətdə partlayış oldu
İki nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 İyun 2012 17:24 KriminalBakıda şirkətdə baş verən partlayışda iki nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 20-də saat 10.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. "Azsantexplast" şirkətinində işləyənlər Göyçay rayon sakinləri Rəşad Quliyev və Elnur Nuriyev qaz sayğacını dəyişən zaman ani partlayış baş verib. Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış hər iki usta xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31