Ceyranbatan su anbarının ərazisində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15:00 radələrində su anbarının ətrafındakı ağaclıqda meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31