Dairəvi yolda qəza: tıxac yarandı VIDEO

Maşınlarla yanaşı, yol kənarındakı dəmir arakəsmələrin də bir qismi əzilərək yararsız vəziyyətə düşüb

Bu gün səhər saatlarında Bakı Dairəvi yolda iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı eyni istiqamətdə hərəkət edən Səbinə Xiyalovaya məxsus "Nissan" markalı atvomaşınla Nəcəf Kürdiyevin idarə etdiyi "KIA" markalı minik maşını toqquşub. Hadisə nəticəsində sürücülər və maşınlarda olan sərnişinlər arasında xəsarət alan olmayıb.
Qəza zamanı nəqliyyat vasitələri ilə yanaşı, yol kənarındakı dəmir arakəsmələrin də bir qismi əzilərək yararsız vəziyyətə düşüb.
Qəza ilə bağlı araşdırmalar isə Bakı şəhər Dövlət Yol polis idarəsində davam etdirilir. Günahkar sürücünün kimliyi bu araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, qəzanın baş verdiyi yolda bir müddət nəqliyyatın hərəkətində problemlər yaranıb və tıxac müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31