Evakuator qəza törətdi
14 İyun 2013 17:03 KriminalBakı şəhərinin mərkəzində evakuator qəza törədib. "Olaylar" xəbər verir ki, hadisə paytaxtın mərkəzi küçələrindən olan Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə 955 saylı evakuator 90 ER 964 dövlət nömrə nişanlı "Toyota" markalı maşını apararkən ərazidə dayanmış 10 OH 364 dövlət nömrə nişanlı "Mersedes"ə çırpıb. Hadisənin nəticələrini aradan qaldırmaq uzun müddət tələb etdiyindən ərazidə güclü tıxac yaranıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırlır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31