Toy yasa döndü

64 yaşlı kişi toyda ölüb

Azərbaycanda toy mərasimində ölüm hadisəsi baş verib. Ağstafa rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən axşam saatlarında Ağstafa şəhərində yerləşən "Orxan" şadlıq sarayında qeydə alınıb.

Qazax rayon sakini, 64 yaşlı Hüseyn Zərgəm oğlu Hacıyev toy mərasimində olarkən qəflətən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Mərhumun ölümünün dəqiq səbəbləri isə keçiriləcək ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31