Fotoçərçivədə psixotrop maddə aşkar edildi

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasının vətəndaşları - Məhbub Qəhrəmani və Fərbud Radfar idarə etdikləri "MAN" markalı sərnişin avtobusu ilə İrandan Azərbaycan Respublikasına gələrkən, həmin avtobus gömrük nəzarətindən keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı avtobusun oturacaqlarının üzərindəki polietilen bağlama diqqəti cəlb edib. Həmin bağlamaya baxış zamanı isə onun içərisində, kustar üsulla hazırlanmış və üzərinə şəkil həkk olunmuş çərçivənin arasında 1 ədəd polietilen paketdə xalis çəkisi 51,3 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31