Bir binada 7elektrik sayğacı yanıb

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində binanın 2-ci  mərtəbəsinin dəhlizində quraşdırılmış 7 ədəd elektrik sayğacı yanıb. Digər sayğaclar yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31