Qobustanda yanğın baş verib

Qobustan rayonu, Poladlı kəndində vətəndaşa məxsus tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı  ümumi sahəsi 132 kv.m oaln köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 450 kq ot bağlaması yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Şabran rayonu, Dəvəçi kəndində isə  vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 50 kv. m olan tövlənin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olub.

"Embassy Adoption" Proqramı çərçivəsində ABŞ-dakı Səfirliyimizdə Vaşinqtonda yerləşən Anne Beers məktəbinin 5-ci sinif şagirdləri ilə Azərbaycanla bağlı 5 aylıq proqramın yekunu olaraq görüş keçirilmişdir. Görüş zamanı şagirdlər xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirini azərbaycan və ingilis dillərində söyləmiş, Azərbaycanla bağlı öyrəndikləri məlumatları bölüşmüşlər.

Qeyd edək ki, 1974-cü ildən əsası qoyulmuş proqramın əsas məqsədi orta məktəb şagirdlərinin dünya dövlətlərinin tarixi, mədəniyyəti, coğrafiyası haqqında dünyagörüşünün formalaşmasıdır. 5 aylıq müddəti əhatə edən proqramda Vaşinqtona akkreditə olunmuş səfirliklər Kolumbiya mahalında yerləşən dövlət məktəblərinin 5 və 6-cı sinif şagirdlərinə təmsil etdikləri dövlətin tarixi, coğrafiyası, adət-ənənələri və mədəniyyəti barədə təqdimatlarla çıxış edirlər. Hazırda 61 səfirlik bu proqramın iştirakçısıdır.

Proqram çərçivəsində Anne Beers məktəbinin 5-ci sinif şagirdlərinə Azərbaycan haqqında ümumi məlumat, Azərbaycanın mədəniyyəti, milli bayramları, adət-ənənələri, mətbəxi, dili barədə təqdimatlar edilmişdir.

Sonda şagirdlər tərəfindən hazırlanmış Azərbaycan xalçalarının rəsmlərindən ibarət albom Səfirliyə hədiyyə edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31