Bakıda kafedə kütləvi dava: 4 yaralı
Yaralılar xəstəxanalara yerləşdiriliblər
14 İyun 2013 12:23 KriminalBu gecə saat 04:56 radələrində Bakının Ukrayna dairəsi yaxınlığında kafelərin birində kütləvi dava baş verib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, kütləvi dava zamanı 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar 29 yaşlı İsa Sultanov, 24 yaşlı Toğrul İbrahimov, 30 yaşlı Ədalət Əhmədov və 27 yaşlı Kənan Nəbiyevdir. Onlar müxtəlif bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdiriliblər.
Davanın nə səbəbdən baş verdiyi açıqlanmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31