Bakıda evdən külli miqdarda qızıl və pul oğurlanıb
14 İyun 2013 12:16 Kriminalİyunun 13-də Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yasamal 1 ev 6, mənzil 25 ünvanında Qarayev Vəli Xanbala oğluna məxsus evdən 40 min manat dəyərində qızıl-zinət əşyaları, 6 min dollar və 500 manat pul oğurlanıb.
Hadisə evdə kimsənin olmadığı vaxtda baş verib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31