Qatar qəzası: 300-dən çox yaralı VIDEO

Buenos Ayresdə baş verən qəza nəticəsində 3 nəfər ölüb

Argentinanın paytaxtı Buenos Ayresdə ağır dəmiryolu qəzası baş verib. Səhər saatlarında sərnişin qatarı stansiyalar arasında dayanmış digər qatara arxadan çırpılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 300-dən çox sərnişin xəsarət alıb. Toqquşmanın Argentina paytaxtında əhalinin sıx məskunlaşdığı qərb qəsəbələri ilə şəhərin mərkəzini birləşdirən Sarmiyento xəttində baş verdiyi bildirilir.Yaralılardan azı 5-nin vəziyyəti kritikdir, bundan başqa yerli rəhbərlik həkimlərin bir azyaşlının ayağını amputasiya etməyə məcbur qaldıqlarını bildirib. Hadisə şahidləri toqquşmanın dağıdıcı təsirindən danışıb. Onlar qəzanın səbəb olduğu vibrasiyadan yaxınlıqdakı evlərin divarlarının silkələdiyini bildirib. Yayımlanan görüntülərdə xeyli sayda sərnişinin dəmiyyol xətti yaxınlığında xərəklərə yerləşdirildiyini görmək olur.Qəza səbəbləri tam bəlli olmasa da, dövlət dəmiryol xidməti əyləc sistemindəki nasazlıqla bağlı iddiaları inkar edərək, qəzanın konduktorun səhvi ucbatından baş verdiyini bildirib. Ötən il baş vermiş anoloji qəza 51 nəfərin həyatına son qoyduğundan, hökümət həmin dəmiryol xəttini ciddi nəzarətə götürmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31