Aptekdən dərman və 400 manat pul oğurladı
13 İyun 2013 17:35 KriminalBu gün saat 05:41 radələrində Əhmədov Əbdüləli Qüdrət oğluna məxsus aptekdə oğurluq baş verib. "Azadinform" Baş Mühafizə İdarəsinə istinadən xəbər verir ki, Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun Qara Qarayev 31A ünvanda yerləşən, Əhmədov Əbdüləli Qüdrət oğluna məxsus "Aptek" dən MMM-yə daxil olmuş "həyəcan" siqnalını yoxlayarkən, obyektin arxa qapısını sındıraraq içəri daxil olmuş Həsənov Zamiq Əliağa oğlunu və Əhmədov Bəhruz Dağlar oğlunu saxlayıblar. Onlar oğurladıqları 250 manat dəyərində dərmanlarla və kassadan oğurladıqları 400 manat pulla birlikdə saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31