Bakıda daha bir sərnişin avtobusu ağır qəza törətdi: 8 yaralı

Səbail rayonunda sərnişin avtobusu ciplə toqquşub, 8 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün Səbail rayonu, Bibi-Heybət qəsəbəsi ərazisində 205 nömrəli marşrut üzrə hərəkət edən "DAEWOO" markalı avtobus "Toyota Prado" markalı minik avtomobili ilə toqquşub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən mləumata görə, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb. Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31