Azərbaycan Ordusunun giziri dünyasını dəyişdi

Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş

Azərbaycan Ordusu daha bir hərbçisini itirib. APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri, 1991-ci il təvəllüdlü Abdullayev Elşən Möhübbət oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə hərbçinin ölüm faktını təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31